AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Umerov və Kislitsa Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər ediblər - YENİLƏNİB

  • + A
  • - A
  • 29-11-2025, 11:36

    Umerov və Kislitsa Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər ediblər - YENİLƏNİB


    Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib.

    Bu barədə “Bloomberg“ məlumat yayıb.

    Səfərin məqsədi ABŞ-ın Ukrayna planını müzakirə etməkdir. Məlumata görə, Umerov və Kislitsa Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşəcəklər.

    "Bloomberg"in dəqiqləşdirməsinə görə, Uitkoff gələn həftə Rusiyada keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik etməlidir.

    ***

    Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ-ın Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər edəcək nümayəndə heyətinin tərkibində olacaqlar.

    Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, Umerov və Kislitsya Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR