Sumqayıt Səhiyyə İdarəsi şefinin xərclədiyi pullar niyə batdı? - Şok iddialar
Nəriman Baxşəliyevin Sumqayıt şəhər Səhiyyə İdarəsinə Baş həkim təyinatı və çox çəkmədən vəzifədən gedişi müzakirələrə səbəb olub.
Cahan.info-nun xəbərinə görə, icra başçısı Zakir Fərəcovun adamı kim itəqdim olunan N.Baxşəliyev böyük imkanlar qazanmışdı.
Nəriman Baxşəliyev artıq sözügedən idarənin Baş həkimi deyil. O, bu məsul vəzifədə vur-tut bir il, bir neçə ay işləyə bilmişdi.
Ona görə ki, Səhiyyə İdarəsinin müdiri olmasına baxmayaraq, kadr məsələlərinə Zakir Fərəcovun özü nəzarət edirmiş. İddialara görə, Z.Fərəcova yaxın saytlar da onu “vurmaq”la məşğul olublar.
Aktualinfo.org yazıb ki, baş həkimlərin təyinatı Səhiyyə Nazirliyi tərəfindən deyil, məhz Zakir Fərəcov tərəfindən həyata keçirilir.
Elə 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli icra başçısının qudası qızıdır. Təranə Rəcəblinin bu vəzifəyə təyinatı uzun müddət sumqayıtlıların dilindən düşmədi.
Elə bu günlərdə Sumqayıtda dolaşan söz-söhbətlərin əsas motivi də məhz bu məsələdir. Nəriman Baxşəliyev Zakir Fərəcovun kadrı kimi Sumqayıt Səhiyyəsində niyə duruş gətirə bilmədi?
Məlumata görə, Nəriman Baxşəliyevin Sumqayıt şəhər Səhiyyə İdarəsinin Baş həkimi olmaq üçün xərclədiyi pullar batıb.
Sumqayıtda ən çox şikayət olunan və insanların ciddi narazılığına səbəb olan sahə isə səhiyyədir. Mediadakı xəbərlərə görə, səhiyyə şöbəsinin rəhbəri Nəriman Baxşəliyevin zamanında üzünü belə görə bilmirdilər.
Şəkər xəstələri üçün nəzərdə tutulmuş və dövlət tərəfindən pulsuz şəkildə diabet testlərinin onlara paylanılmalı olduğu təqdirdə nədənsə bu aydan o aya, o aydan bu aya keçirilərək insanlarla ötüt- ötür oyunu oynayırlar.
Xəstəyə baxım, qulluq, texniki təchizat, xəstəxananın gündəlik və aylıq xərcləri, xəstə geyimləri, mələfələr, qeyri-steril materiallar, məişət avadanlıqları, elektrik malları bir çox müəssiədə təmirdən sonra sıradan çıxmış haldadır.
Büdcədən bunlar üçün aylıq və ya illik pul ayrılsa da, müəssisələrdə sıradan çıxmış inventarların yenilənməsi baş vermir.
Dərman vasitələri və tibbi ləvazimatlar isə yox dərəcəsindədir. Bu gün müəssisələrdə tibbi personal steril əlcəkləri belə öz vəsaitləri hesabına alırlar. Sistem məhlulları, işlədilən adi spirt belə müəssisələrin əksəriyyətində tapılmır.
umqayıt xəstəxanalarında elə bior vəziyyət yaradılıb ki, indi bu şəhərdə pulsuz tibbi xidmət görmək qeyri-mümkündür. Dövlət xəstəxanalarında, səhiyyə ocaqlarında hər kəs total korrupsiyaya yoluxub.
Məsələn Sumqayıt şəhər 1 saylı Doğum Evində hamilə qadınlarla yanaşı onların həyat yoldaşların da “doğuzdururlar”. Burda bir dəfə dünyaya uşaq gətərin ikinci dəfə bahalığına görə vaz keçir.
Dərman perepatlarının özəl apteklər vasitəsilə satılmasından tutmuş, xəstəxanalardakı “rüşvət taarifləri”nə qədər geniş mövzulardan bəhs etmək mümkündür.
Sumqayıtda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşsə də, niyəsə bu gün dövlət xəstəxanalarında maddi-texniki baza, tibbi avadanlıq və materiallar, cari təmir işləri hər bir müəssisənin kollektivinin, tibb personalının şəxsi büdcəsi hesabına təmin edilir.
Araşdırmalar göstərir ki, xəstəxanalarda sterilizasiya avadanlıqları köhnə üsullarla işləyir, bütün dünyada olduğu kimi birdəfəlik tibbi vasitələrdən deyil, kustar üsullarla sterilizasiya verilərək çoxdəfəlik istifadə edilir.
Sumqayıt səhiyyəsində mərkəzi qazanxanalar olduğu halda xəstəxanalar isti su üzünə həsrətdir. Əvəzində isə həkimlərin şəxsi büdcəsi ilə aldığı qızdırıcılar vasitəsilə isti su əldə olunur.
Xəstəyə baxım, qulluq, texniki təchizat, xəstəxananın gündəlik və aylıq xərcləri, xəstə geyimləri, mələfələr, qeyri-steril materiallar, məişət avadanlıqları, elektrik malları bir çox müəssiələrdə təmirdən sonra sıradan çıxmış haldadır.
Büdcədən bunlar üçün aylıq və ya illik pul ayrılsa da, müəssisələrdə sıradan çıxmış inventarların yenilənməsi baş vermir.
Dərman vasitələri və tibbi ləvazimatlar isə yox dərəcəsindədir. Bu gün müəssisələrdə tibbi personal steril əlcəkləri belə öz vəsaitləri hesabına alırlar. Sistem məhlulları, işlədilən adi spirt belə müəssiələrin əksəriyyətində tapılmır.