AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: Trampa İrana zərbə endirmək üçün 50 hərbi obyektin siyahısı təqdim olunub

  • + A
  • - A
  • 14-01-2026, 20:00

    KİV: Trampa İrana zərbə endirmək üçün 50 hərbi obyektin siyahısı təqdim olunub

    ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbə variantlarını nəzərdən keçirdiyi bir vaxtda Ağ Evə İranın hərbi hədəfləri üzrə ətraflı siyahı təqdim olunub.

    Bu barədə “Daily Mail” öz mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, Tramp administrasiyasına 50 hədəfdən ibarət dosye təqdim edib. Siyahıya İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandakı “Sərallah” qərargahının dəqiq koordinatları da daxil edilib. Həmin obyekt sənəddə etirazların yatırılması üçün əsas komanda mərkəzi kimi təsvir olunur.

    Sənəddə, həmçinin, Tehranda yerləşən Korpusun regional qərargahlarının və Bəsic yarımhərbi birləşmələrinin 23 bazasının koordinatları da yer alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR