AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və İsrail İranda vəziyyəti müzakirə edir, mümkün hərbi əməliyyatlar gündəmdə

  • + A
  • - A
  • 14-01-2026, 21:37

    ABŞ və İsrail İranda vəziyyəti müzakirə edir, mümkün hərbi əməliyyatlar gündəmdə

    ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahuyla İranda baş verən hadisələri və Vaşinqtonun mümkün cavab tədbirlərini müzakirə edib. Söhbət zamanı tərəflər arasında daha bir telefon görüşü üçün razılıq əldə olunub. İran hakimiyyəti isə kütləvi etirazların xarici xüsusi xidmətlər tərəfindən təşkil olunduğunu və hərbi müdaxilə üçün bəhanə yaratmaq məqsədi daşıdığını iddia edir. Reuters-in məlumatına görə, ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyat keçirmək ehtimalını qiymətləndirir. Etirazlar dekabrın 28-dən başlayıb, ölkənin 25 əyalətində 60-dan çox şəhərə yayılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR