AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Turistləri daşıyan helikopterin qalıqları tapıldı

  • + A
  • - A
  • 20-01-2026, 18:46

    Turistləri daşıyan helikopterin qalıqları tapıldı


    Yaponiyanın Kumamoto prefekturasındakı Aso dağı üzərində uçuş edərkən radarlardan itən ekskursiya helikopterinə aid olduğu güman edilən qalıqların yeri müəyyən edilib.

    Göyərtəsində pilot və 2 turistin olduğu R44 helikopteri səhər saatlarında radarlardan itib. Axtarış işlərinin gedişində helikopterin qalıqları təxminən 4 saat sonra aşkarlansa da, pilot və sərnişinlər hələ də tapılmayıb.

    Ekskursiya şirkətindən verilən məlumata görə, həmin helikopter radarlardan itməzdən əvvəl gün ərzində 2 uçuş yerinə yetirib və heç bir texniki nasazlıq olmayıb. Pilot isə 40 illik uçuş təcrübəsinə malik olub. Bununla belə, səhər saatlarında havanın buludlu olduğu bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR