AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir

  • + A
  • - A
  • 30-01-2026, 11:31

    Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir


    ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya və Kanadaya xəbərdarlıq edib.

    ABŞ Prezidenti Britaniya Baş naziri Kir Starmerin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən sonra bu xəbərdarlığı edib.

    Tramp Çinlə ticarət aparmağın çox təhlükəli olduğunu bildirib. O, eyni zamanda, Kanadaya da xəbərdarlıq edib.

    “Bu, onlar üçün çox təhlükəlidir. Düşünürəm ki, Kanadanın Çinlə ticarət aparması daha təhlükəlidir. Kanada çətin dövrlər keçirir. Onların işləri yaxşı getmir və Çin problemi həll etmək üçün düzgün bir həll yolu kimi görülməməlidir. Mən Çini çox yaxşı tanıyıram”, - Tramp qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR