AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

  • + A
  • - A
  • 16-03-2026, 16:02

    Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

    Prezident İlham Əliyev xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqləyib.

    Dövlət başçısı bununla bağlı "Kinematoqrafiya haqqında" qanuna dəyişiklikləri imzalayıb.

    Belə ki, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

    Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

    Beləliklə ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR