Bura elə bil xəstəxana yox, restorandır... - NARAZILIQ VAR
Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanasında hərbi xidmətə getmək üçün həkim müayinəsindən keçən çağırışçılardan pul alınır.
Bizimxeber.az-a daxil olan məlumata görə, vətəni qorumaq üçün əsgər gedən gənclərdən müayinələrdən keçmək üçün aşkar şəkildə pul istəyən həkimlər utanmadan bu biabırçılığa imza atırlar.
Qan analizi – 5 manat
Ürəyin kardioqramması – 5 manat
Sidik analizi – 3 manat
Baş beyinin tomoqrafiyası – 20 manat
Daha dəhşətli məqam isə pulu olmayan çağırışçıların utandırılmasıdır. Qeyd olunur ki, ürəyin kardioqramması bölməsində "həkim”lərdən biri (çağırışçı həkimi göstərə bilər) pul verməyən çağırışçılara "pulun yoxdusa sən vətəni necə qoruyacaqsan?” kimi utandırcı fikirlər səsləndirir.
Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Fikrət Zeynalov isə heç narahat deyil. Sabahın vətən qoruyucularını belə bir biabırçı hala salmaq nə deməkdir? Baş həkim nədən bu kimi hallara göz yumur? O pullardan onadamı çatır?
Azərbaycanda hər an müharibə ola və məhz bu çağırışçılar müharibədə qələbə çala və ya şəhid ola bilərlər. Daha doğrusu, bu insanlar otaqlarda mini yubkalı, pudra-pamadalı dilənçi həkimlərdən fərqli olaraq, ölümə gedirlər. Baş həkim isə bunları anlamaq istəmir. Bunun nə olduğunu bilməyən fikrət zeynalovların nəzarətindəki həkimlər də belə olmalıdır...
Deyilənlərə görə, Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanası ölkə sakinləri arasında "Ölüm OTAĞI” adlandırılır. Bu xəstəxanaya öz ayağı ilə gələn adamların əksəriyyəti ölür. Xəstəxananın ürək bölməsi isə gündə 10 meyit yola salır...
Daha bir maraqlı məqam isə xəstəxananın Əsəb şöbəsinin müdiri Fərrux Rəhimovun insanlarla kobud rəftarıdır. Çağırışçı bildirir ki, Fərrux Rəhimov insanları qorxudaraq özünü gözə soxur. Xəstələrlə maraqlanmayan, dərmanlarını belə pulla satan şöbə müdirinin özünün psixologiyası yerində deyil.
Xəstəxanadan hazırlanan geniş reportajı, video-fotoları yaxın günlərdə təqdim edəcəyik.