AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəravtoyol”un sədr müavini kürəkəninin əmlakını necə mənimsəyib? - İDDİA

  • + A
  • - A
  • 4-04-2017, 16:42

    “Azəravtoyol”un sədr müavini kürəkəninin əmlakını necə mənimsəyib? - İDDİA









    ASC-nin sədr müavini Əvəz Qocayevin kürəkəni Rahib Hüseynov “Təzadlar”a başına gətirilənlərdən danışdı...

    Bakı şəhər sakinləri Rahib Hüseynov və digərləri Baş Prokuror cənab Zakir Qaralova ünvanlı (surəti “Təzadlar” qəzeti redaksiyasına) şikayət ərizəsinin bir surətini də redaksiyamıza təqdim etdi.

    Şikayətçilər pozulmuş hüquqlarının bərpası üçün Baş prokurordan və “Təzadlar” qəzetindən kömək istəyirdilər... Qarşı tərəfə yönəli ciddi ittihamlar olduğundan şikayətçilər- Hüseynov İsmayıl Qara oğlu, onun oğlu-Hüseynov Rahib İsmayıl oğlu və sonuncunun anası Hüseynova Lətifə Tapdıq qızı ilə əlaqə saxlayıb redaksiyaya dəvət etdik... Həmçinin barəsində ciddi ittihamlar səsləndirilən “Azəravtoyol”un sədr müavini Əvəz Qocayevlə də əlaqə saxlamağa səy göstərməkdəyik...

    Şikayətçilərin hüquqları necə pozulub?

    Beləliklə, Rahib Hüseynov redaksiyamızda olarkən başına gələnlərdən ətraflı danışdı, geniş müsahibə verdi... Onun Baş Prokuror cənab Zakir Qaralova ünvanlı şikayət ərizəsində isə deyilir:
    Çox hörmətli cənab Baş prokuror Zakir Qaralov!
    Bildirirəm ki, mən Rahib Hüseynov, Qocayeva Xatirə Əvəz qızı ilə 08 dekabr 1998-ci ildə rəsmi nakaha daxil olaraq, ailə qurmuşam. Nikahımız 05.11.2013-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Qeyd edim ki, nikahımız pozulan vaxtı mənim barəmdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə 131900270 nömrəli cinayət işi üzrə istintaq aparılmış və mən həmin vaxt həbsdə olmuşam. 2014-cü ildə aparılan istintaqın nəticəsi olaraq həmin cinayət işinə xitam verilmişdir. Mən azadlığa şıxdıqdan sonra cavabdeh mənimlə olan ər- arvad münasibətlərini kəsmiş və ayrı yaşamışdır. Biz birgə nikahda olan zaman həyat yoldaşımın adına Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan-28 mənzil-3 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, “Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70.000 manat dəyərində avadanlıq, “Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbəli villa, “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, “Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, “Yeni Həyat” MTK “Port Baku”nun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, evin əşyaları 250.000 manat, Novxanıda bağ evi, evin əşyaları 400.000 manat dəyərində, “Real” MTK-də ofis sahəsi 380 kv.m olan ofis, ofisin işinə alınmış avadanlıq 60.000 manat “S klass -20R Mersedes” markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və “Karavella Volsvagen” markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın əldə etmişdir. Bundan başqa, cavabdeh birgə nikah dövrümüzdə adına bankda depozitə pul qoymuşdur. Həmçinin birgə nikah dövründə evə 200.000 manat dəyərində qızıl zinət əşyaları alınmışdır...

    Bəs Rahib Hüseynov niyə və kimin tapşırığı ilə saxlanılmışdır?

    Şikayətçilər- Hüseynov İsmayıl Qara oğlu, onun oğlu-Hüseynov Rahib İsmayıl oğlu və sonuncunun anası Hüseynova Lətifə Tapdıq qızı Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova ünvanlı şikayət ərizələrində Rahib Hüseynovun saxlanılması səbəblərinə aydınlıq gətirirlər. Hüseynov İsmayıl Qara oğlunun şikayətindən:
    Çox hörmətli cənab nazir!
    Bildirirəm ki, mən Hüseynov Rahib İsmayıl oğlu, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq Şöbəsi tərəfindən 01 noyabr 2016-cı il tarixdə saxlanılmışam və Səbail Rayon Məhkəməsinin qərarına əsasən Hüseynov Rahib İsmayıl oğlu barəsində, yəni mənim, 20 yanvar 2017-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin həbs müddəti 20 aprel 2017-ci il tarixədək uzadılmışdır. 15 fevral 2017-ci il tarixdə həbs qətimkan tədbiri ev dustağlı qətimkan tədbiri ilə əvəz edilmişdir. Baş verənlərin səbəbi və mahiyyəti isə dəqiqliklə müəyyən olunsun deyə, bir vacib məqamı diqqətə çatdırmaq istəyirəm. Belə ki, mən 2013-cü ildə həbs olunanda qaynatam- hazırda da “Azəravtoyol” ASC-nin sədr müavini işləyən Əvəz Qocayev əmlaklarımı mənimsəmək üçün mənimlə həyat yoldaşım Xatirə Qocayeva arasında olan nikahı pozmuş və bundan sonra həmin illərdə aldığım əmlakları mənimsəmişdir. Bundan başqa, “Azəravtoyol” ASC-nin müavini işləyən qayınatam Əvəz Qocayev 18.01.2012-ci il tarixdə 600.000 manat pulu, qaynanam Tamella Qocayeva isə 01.01.2012-ci ildə 660.000 manat pulu saxlamaq adı ilə məndən almışlar və onu da qaytarmamışlar.

    Bundan başqa, “Azəravtoyol” ASC-nin sədr müavini işləyən qayınatam Əvəz Qocayev, DİN-in İnterpol idarəsində müavin işləyən polis əməkdaşı olan qaynım Anar Qocayev və qayınanam Tamella Qocayeva mənə ümumilikdə 3.000.000 manqata yaxın faizlə pullar vermişlər, məndən 5.000.000 milyon manata yaxın pul olmaqla, mənim vasitəmlə özləri külli miqdarda gəlir əldə etmişlər, həmin pulları da mənimsəmişlər.
    Həmçinin mənim cavabdeh Qocayeva Xatirə Əvəz qızına qarşı Binəqədi rayon Məhkəməsinin icraatında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair, uşaqlarla ünsiyyət hüququ, şəxsə məxsus əşyaların qaytarılması, pul tələbinə dair mülki işlər vardır. Həmin iddia tələbi ilə bağlı mən hələ saxlanılmamışdan əvvəl- 04 noyabr 2016-cı il tarixdən əvvəl məhkəməyə iddia vermişdim. Həmin vaxt 2016-ci ilin oktyabrın axırında qayınatam Əvəz Qocayev özünə məxsus, Bakı şəhərində yerləşən “Ocaq” restoranına çağırmış, mənə orada hədə-qorxu gələrək, məni Binəqədi rayon Polis İdarəsinin rəisinin yanına göndərmişdir ki, əgər mən onun dediyi formada ərizə yazmasam, məni tutduracaq, öldürəcək və s. O, nəhayət, qorxudaraq mənə notariusda ərizə yazmağa məcbur etmişdir. Və mən həbs olunandan sonra dərhal həmin ərizəni ləğv etdirmişəm. Hal-hazırda da “Azəravtoyol” ASC-nin sədr müavini işləyən Əvəz Qocayev mənə və ailəmə- atama və anama zəng edərək məni və ümumiyyərlə, ailəmizi birdəfəlik məhv etdirəcəyi ilə hədələyir. Onun bu təhdidləri artıq dəfələrlədir baş verir. Belə ki, sonuncu dəfə 28 mart 2017-ci il tarixdə, saat təxminən 18:30 radələrində Əvəz Qocayev özünün 012 406 50 80 iş telefonundan anama məxsus 050 222 45 05 və 050 200 03 47 nömrəli mobil telefonlara zəng edərək, anam Lətifə Hüseynovanı söyüb təhqir etmiş, bizi ailəlikcə məhv edəcəyi, oğlanlarını və özlərini tutduracağı ilə hədələmişdir.
    “Ailəmiz artıq Qocayevlərin girovuna çevrilib, haqq səsimizi qaldırıb hüquqlarımızı tələb edə bilmirik...”
    Biz bu barədə artıq DİN-ə və aidiyyəti dövlət qurumlarına da müraciət etmişik. Bir sözlə, “Azəravtoyol” ASC-nin müavini işləyən keçmiş qayınatam Əvəz Qocayev, DİN-in İnterpol Baş İdarəsində rəis müavini işləyən qaynım Anar Qocayev öz vəzifə səlahiyyətlərindən istifadə edərək, DİN-nin rəhbər işçilərinin adından bizi hədələyir, həbs etdirəcəklərini bildirirlər. Tələbləri isə budur ki, mən onlara qarşı əmlak davası çəkməyim, onlardan harasa şikayət etsəm, məni öldürəcəklərini və tutduracaqlarını, bizim ailəni məhv edəcəklərini bildirirlər. Ailəmiz artıq Qocayevlərin girovuna çevrilib, haqq səsimizi qaldırıb hüquqlarımızı tələb edə bilmirik. Belə ki, keçmiş qayınatam- “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev öz məmur səlahiyyətlərindən və milyonlarından istifadə edərək, məni və ailəmi rahat yaşamağa qoymur... Hal-hazırda da Əvəz Qocayev mənə və ailəmə- ata-anama zəng vuraraq məni birdəfəlik məhv etdirəcəyi ilə hədələyir, yaxın dostu- Binəqədi rayon Polis İdarəsinin rəisinin əli ilə məni qanunsuz olaraq idarəyə çağırtdırır, məni və vəkilimi də şərləyib tutduracağı ilə hədələyir. Uşaqlarımı mənlə görüşməyə icazə vermir, uşaqlarımı mənə qarşı yönəldir.
    Cənab Baş Prokuror!
    Cənab daxili işlər Naziri!
    Ona görə də Sizdən xahiş edirəm, yuxarıda qeyd etdiyim əmlakların müəyyən olunması, bu barədə MTK-lərə sorğular verilməsi, başqa şəxslərin adlarına keçirilmiş əmlaklarımın müəyyən olunaraq üzərinə həbs qoyulmasına göstəriş verəsiniz.
    Həmçinin istintaqa təqdim etdiyim, dəftərlərdə aparılmış qaralamalara aydınlıq gətirilməsi üçün xəttşünaslıq ekspertizası keçirilməsini, qayınatam Əvəz Qocayev tərəfindən 18.01.2012-ci il tarixdə alınmış 600.000 manat pulun, qayınanam Tamella Qocayeva tərəfindən isə 01.01.2012-ci ildə məndən alınmış 660.000 manat pulun qaytarmasına köməklik göstərməyinizi rica edirəm.
    Bundan başqa, “Azəravtoyol” ASC-nin sədr müavini işləyən Əvəz Qocayevin, onun həyat yoldaşı-keçmiş qaynanam Tamella Qocayevanın, Ə.Qocayevin DİN-in İnterpol İdarəsində məsul vəzifə tutan oğlu Anar Qocayevin qanunsuz sahibkalıqla məşğul olması faktınının araşdırilması və onları məsuliyyətə cəlb edilməsinə göstəriş verilməsini xahiş edirəm...
    ***
    Redaksiyadan: dünən şikayət ərizəsində adı çəkilən “Azəravtoyol” ASC-nin sədr müavini işləyən Əvəz Qocayevin bizə təqdim edilən iş telefonuna dəfələrlə zəng etsək də, o, zənglərimizə cavab vermədi. Onun da mövqeyini təqdim etməyə hazırıq...
    Mövzuya qayıdacağıq.

    “Təzadlar”ın Araşdırma Qrupu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR