AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid övladları prezidentə məruzə etdi — Mehriban Əliyeva kövrəldi - VİDEO

  • + A
  • - A
  • 5-12-2019, 15:17

    Şəhid övladları prezidentə məruzə etdi — Mehriban Əliyeva kövrəldi - VİDEO


    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.
    Unikal.org məlumatına görə, sərgidə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin “ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış olublar.

    Aprel döyüşlərində şəhid olan - mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin, Polkovnik Vüqar Yusifovun qızı Pilot Ayan Yusifzadə, kapitan Mühid Orucovun oğlanları pilot Oruclu Anar və Vüqar, mayor Elnur Əliyevin oğlu pilot Əlizadə Elxan, polkovnik Vüqar Yusifovun qızı Pilot Yusifzadə Aytən, kapitan Mühid Orucovun oğlu, pilot Oruclu Vüqar və AREA əməkdaşı, aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan kiçik çavuş Süleymanov ölkə başçısına məruzə ediblər.

    Şəhid övladlarının çıxışından sonra birinci xanım Mehriban Əliyeva kövrəlib.

    Sözügedən pavilyoda Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları xüsusi texnikalar vasitəsilə Lələtəpə yüksəkliyi işğaldan azad edilməsini əks etdirən səhnəcik nümayiş etdiriblər.

    Şəhid övladları prezidentə məruzə etdi — Mehriban Əliyeva kövrəldi - VİDEO


    Bundan sonra şəhid, mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin ölkə başçısına “Cənab Ali baş komandan Lələtəpə azad olunmuşdur, Qarabağ üçün əmirinizi gözləyirik” deyə məruzə edib.

    Bu çıxışı ölkə başçısı və birinci xanım Mehriban Əliyeva alqışlarla qarşılayıblar.

    Qeyd edək ki, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR