AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın şirkəti ətrafında ilginc olaylar

  • + A
  • - A
  • 11-04-2017, 13:49

    Deputatın şirkəti ətrafında ilginc olaylar











    “Ştutqart” mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayevlə bağlı NUH.az olaraq bir neçə dəfə ciddi faklara əsaslanan məqalələr dərc etmişik. Həmin məqalələrdə ortaya konkret sənədlər qoyulub. Hətta Əfqan Abdullayevin vətəndaşdan 300 000 (üç yüz min) manat aldığını təsdiqləyən sənədi də sonuncu məqaləmizdə yayımladıq. Amma qeyd olunanlarla bağlı qarşı tərəf olan “Ştutqart” mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayevin özü tərəfindən, yaxud da şirkət adından hansısa açıqlama verilmir. Məsələyə münasibət öyrənmək üçün cəhdimiz isə boşa çıxır. Şirkət rəsmisi Orxan müəllimlə əlaqə saxlamağımıza baxmayaraq, heç bir açıqlama vermirlər. Sonuncu danışığımızda Orxan müəllim bildirdi ki, edilən zənglə bağlı rəhbərliyə məlumat veriləcək. Lakin zəngin üstündən 2 gün keçməsinə baxmayaraq, heç bir rəsmi mövqe bildirmək istəmirlər.
    Qeyd edək ki, cəmiyyətdə “Ştutqart” mağazalar şəbəkəsinin millət vəkili Nəriman Əliyevə məxsus olduğunu bilməyən yoxdur. Sadəcə olaraq rəsmi sənədlərdə Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevin adı qeyd olunur. Əfqan Abdullayev isə Masallı rayon sakini, hazırda Bakı şəhərində yaşayan və uzun müddət “Ştutqart”da satıcı işləyən Fərhad Rəfiyevdən 300 000 manat dəyərində olan ev və maşınları hədə-qorxu ilə əlindən alıb. Səbəb isə onu göstərib ki, guya işlədiyi vaxt şirkətə ziyan vurub. Bunun üçün hüquqi yolla deyil, başqa vasitəyə əl ataraq vətəndaşın evini və maşınlarını əlindən alaraq öz adına keçirdib. Fərhad Rəfiyev isə başına gələnlərlə bağlı ölkə başçısına və digər dövlət qurumlarına müraciət edərək kömək istəyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR