“Parabank”ın vətəndaşın başına gətirdiyi oyunların üstü açıldı – Bank məhkəmədə ifşa olundu
2016-cı ilin noyabr ayından uzanan məhkəmə çəkişməsi bu yaxınlarda sona çatıb.
Bu barədə AZXEBER.COM-a hüquqşunast Yusif Allahverdiyev məlumat verib. Məlumata görə, məhkəmə "PARABANK” ASC-nin vətəndaşın hesabına əsassız olaraq varlanmasını ifşa edib.
Belə ki, vətəndaş N.Xudaverdiyev cavabdeh "Parabank” ASC-yə qarşı "artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. Uzun sürən məhkəmə çəkişməsinin nəticə olaraq Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Səmədov 17 mart 2017-ci il tarixində qanuni və ədalətliqərar qəbul edərək, cavabdeh "Para” BOKT-dan 34 779,50 Avro məbləğində və 72558,40 məbləğində pul alınaraq iddiaçıya verilməsi qət edib.
23.06.2010-cu il tarixdə "Parabank” ASC ilə cavabdeh İsayeva Cəmalə Əfqan qızı arasında 348/10/PBsaylı kredit müqaviləsi bağlanılıb. Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən cavabdeh İsayeva Cəmalə Əfqan qızına 15 ay müddətinə illik 18 % (on səkkiz) olmaqla 1000000 (bir milyon) ABŞ dolları məbləğində kredit verilib. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi "Parabank” ASC ilə iddiaçı Xudaverdiyev Nazim Rəhim oğlu arasında bağlanmış 348/10/PBg saylı ipoteka müqaviləsinə əsasən, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu (Xəzər rayonu), Şağan qəsəbəsi, Y. Əsədullayev küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 3 otaqlı 15/55 №-li fərdi yaşayış evi girov qoyulub.
2011-ci ildə sözügedən Kredit müqaviləsi üzrə borc tam olaraq bağlanmasına baxmayaraq, "Parabank” ASC vətəndaş N.Xudaverdiyevdən Çıxarışın girovdan azad edilməsi üçün əlavə ödənişlərin ("şapka” və ya dəbbə pulu kimi) həyata keçirilməsini tələb edib.
Auditorlar Palatasının 28 fevral 2017-ci il tarixli audit rəyinə əsasən "Parabank” ASC tərəfindən İsayeva Cəmalə Əfqan qızının adına sənədləşdirilmiş 200000 Avro; 100000 Avro; 200000 Avro və 210000 ABŞ dolları kreditlər üzrə 29779,50 Avro və 23268,40 ABŞ dolları məbləğində artıq pul tutulub.
Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov "Parabank” ASC-nin vətəndaşın hesabına əsassız olaraq varlanması və dəymiş ziyanın ödənilməsi barədə qanuni və ədalətliqərar qəbul edib.