AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın adı qalmaqallı olayda - İDDİA

  • + A
  • - A
  • 11-04-2017, 14:03

    Deputatın adı qalmaqallı olayda - İDDİA



















    Nərmanov rayonundan deputat seçilmiş Adil Əliyevin Atatürk prospekti 31 ünvanındakı 9 mərtəbəli binanın həyətində tikdirdiyi mərasim zalı ona səs verməyən sakinlərin üzünə bağlıdır. Belə ki, seçkidə onun əleyhinə səs verən seçicilər yasları düşəndə yaşadıqları binanın həyətindəki mərasim zalından istifadə edə bilmirlər. Bu isə sakinlərin narazılığına səbəb olub.

    Bu barədə “Təzadlar”a xəbər verən Bakı sakininin sözlərinə görə, o, vəfat etmiş anasına yas keçirmək üçün yaşadığı binanın həyətindəki mərasim zalının rəhbərliyinə müraciət edib, lakin “yox” cavabı alıb: “Mən də əlacsız qalıb binamızın darısqal həyətində kiçik bir “palatka” qurub anamın yas mərasimini keçirdim. Yas mərasimini yola verdikdən sonra məsələni araşdırmağa çalışdım. Nəhayət, öyrəndim ki, anamın yasının mərasim zalında keçirilməsinə icazə verilməməsinə səbəb guya ailəmizin seçkidə hazırkı deputat Adil Əliyevə səs verməməsidir. Mən mərasim zalının rəhbərinin yanında olarkən o, seçki siyahısını gətirib qarşıma tökdü və seçkidə iştirak etmədiyimizi bildirdi. Sonra da dedi ki, Adil müəllimin qəti tapşırığı var, seçkiyə gəlməyən ailələr mərasim zalından istifadə edə bilməz. Başa düşmürəm, mərasim zalının deputat Adil Əliyevə nə aidiyyəti var? Məgər mərasim zalını Adil Əliyevindir? Bəlkə də elədir. Çünki həmin deputatın seçki qərargahı mərasim zalı ilə yanaşıdır. Halbuki binamızın həyətindəki üçmərtəbəli mərasim zalı guya biz sakinlərin istifadəsi üçün tikilib. Məsələni dəqiqləşdirmək üçün deputat Adil Əliyevlə görüşmək istədim. Lakin hələlik bu mümkün olmayıb”.
    Mənbənin bildirdiyinə görə, deputat Adil Əliyevin belə bir göstəriş verməsinə əmin deyil: “Məhz bu səbəbdən deputatın özü ilə görüşmək istəyirəm. Çünki rayonumuzda aparılan bir sıra quruculuq, abadlıq işlərində onun yaxından iştirak etdiyini eşitmişəm. Ona görə də ailəmə qarşı bu xoş olmayan münasibətin onun adına bağlanması çox təəccüb və təəssüf doğuran haldır”.
    Biz bu məlumatın nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün sözügedən mərasim zalının rəhbəri ilə əlaqə saxladıq. O, deyilənlərin əsassız, yalan, böhtan və iftira olduğunu bildirdi: “Mərasim zalı sakinlərə təmənnasız olaraq xidmət edir. Görünür, şikayətçinin yas ilə digər vətəndaşın mərasimi üst-üstə düşüb, bu səbəbdən problem yaranıb. Yoxsa, bizə müraciət edən vətəndaşı geri qaytarmırıq. Ona görə də şikayətçinin Adil müəllim barəsində belə şeylər yazması, adını hallandırması düzgün deyil.
    Seçki siyahısına gəlincə, bu barədə deyilənlər şər, bohtandan başqa bir şey deyil. Adil müəllim, ümumiyyətlə, mərasim zalının fəaliyyətinə qarışmır və müdaxilə etmir. Başqa bir söz deyə bilmərəm”.
    Mövzunu diqqətdə saxlayacağıq. Ola bilər ki, kimlərsə hörmətli deputat Adil Əliyevin fəaliyyətinə kölgə salmaq istəyir.
    Məsələ ilə bağlı Adil Əliyevin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, deputatla əlaqə saxlamağa çalışacağıq.
    \\tezadlar.az\\


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR