AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astara gömrükxanası ilə bağlı müdhiş iddialar - Belə deyirlər...

  • + A
  • - A
  • 13-04-2017, 14:38

    Astara gömrükxanası ilə bağlı müdhiş iddialar - Belə deyirlər...















    Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyev nədənsə burada baş verənlərə seyirci mövqe sərgiləyir Gömrük keçid məntəqəsində yaşanan olaylar Sücəddin Hüseynovun həbsini qaçılmaz edir Təxminən, iki ilə yaxındır ki, Astara Gömrük İdarəsinin rəisi vəzifəsində çalışan Sücəddin Hüseynovun və komandasında təmsil olunan bəzi səlahiyyətli şəxslərin adı bir sıra xoşagəlməz olaylarda hallandırılır. Belə ki, Sücəddin Hüseynovun əvvəllər Xudafərin Gömrük İdarəsində rəis vəzifəsini icra etdiyini vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, o, Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilovun yaxın adamı kimi tanınır.

    Sücəddin Hüseynov Astara gömrüyünə gələr-gəlməz orada özünün «qayda»larını tətbiq etməyə başlayıb Elə Sücəddin Hüseynovun strateji əhəmiyyəti ilə və qazancının çoxluğu ilə seçilən Astara Gömrük İdarəsinə rəis gətirilməsində də Ehtiram Xəlilovun əvəzsiz rolunun olduğunu iddia edən mənbənin sözlərinə görə, Sücəddin Hüseynov Astara gömrüyünə gələr-gəlməz orada özünün «qayda»larını tətbiq etməyə başlayıb:

    «Deyilənlərə görə, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov rəhbərlik etdiyi idarədə öz «sistemini» formalaşdırıb və bu sistemin başına Şövqü adlı qaynını keçirib. Odur ki, hazırda Astara Gömrük İdarəsində demək olar ki, hər bir məsələ Şövqünün nəzarəti altındadır. Onu da nəzərinizə çatdıraq ki, son dövrlər Astara Gömrük İdarəsində qaçaqmal yolu ilə siqaretlər, qızıl-zinət əşyaları, hətta dollarlar keçirilir. Deyilənlərə görə, əsasən İrana gündəlik gedib gələn bir çox xırda ticarətçilər Sücəddin Hüseynovun tətbiq etdiyi «qayda»larla hesablaşmaq məcburiyyətində qalırlar. Bildirilir ki, irəli sürülən «şərt»lərlə razılaşan hər kəs demək olar ki, problemlə üzləşmir. Çünki olar gün ərzində sərhədin o tərəfinə keçib daha ucuz qiymətə olan müxtəlif ədviyyatlar, mallar gətirirlər». Hüquq-mühafizə orqanlarının əməkdaşları Astara Gömrük İdarəsində əməliyyat keçirib Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun özünü külli-ixtiyar sahibi kimi apardığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, o, özünün «zadəgan» həyat səviyyəsi ilə diqqəti cəlb edir: «Deyilənlərə görə, hər bir maşınına ayrı-ayrı sürücü tutan Sücəddin Hüseynov həmçinin, şəxsi aşpaz da saxlayır və ancaq həmin aşpazın bişirdiyi yeməklərdən yeyir. Qeyd olunur ki, o, özünə Aran Qarabağda, həmçinin Bakıda ciddi biznes sahələri də yarada bilib və həmin biznes sahələri hələ də öz faliyyətini davam etdirməkdədir. Bildirilir ki, o, Astara Gömrük İdarəsinə rəis təyin olunandan qısa müddət sonra keçid məntəqəsində özünə məxsus gəlir mənbələri və qaydalar yaratmağa başlayıb». Bu barədə dia.az olaraq yaxın günlərdə daha geniş informasiyanı təqdim edəcəyik.

    Lakin məsələnin ən maraqlı tərəfi isə Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin bu boyda həngaməni görməməsindədir. Odur ki, indi ortaya belə bir sual çıxır: Aydın Əliyev Astara Gömrük İdarəsində yaşananları, Sücəddin Hüseynovun yol verdiyi neqativ halları görüb özünü görməməzliyə vurub, yoxsa onun hələ də heç nədən xəbəri yoxdur?..» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR