“Vətəndaşların evdən çıxması ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər artıq öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.
Onun sözlərinə görə, hər bir vətəndaşın hərəkətləri polis əməkdaşlarında olan elektron cihazlar vasitəsilə izləniləcək:
“Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək.
Əhali küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq, vətəndaşın evdən çıxmasına icazənin verilib-verilməməsini müəyyənləşdirəcək”.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, bu barədə yaxın saatlarda sərəncam veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.