“Bakı Metropoliteni”ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 41 milyon manat ayrılıb.
Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat, Xəzər dənizində etibarlı nəqliyyat sisteminin yaradılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə 4,6 milyon manat, poçt rabitəsi xidmətinin göstərilməsi ilə bağlı milli poçt operatoruna dəyən zərərin kompensasiya edilməsi üçün bir milyon manat, nizamnamə kapitalının artırılması üçün “Azərkosmos” ASC-yə 48 milyon manat maliyyə yardımı ayrılıb”.
Oxu.Az-ın xəbərinə görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsinə 11 milyon 200 min manat ayrılıb.
“Amma bu qurum üçün müəyyən edilən tariflər real istismar xərclərini ödəməyib. Buna görə də qurum subsiyalaşdırılıb”, - deyən nazir əlavə edib ki, hazırda “Azəristiliktəchizat”ın maliyyə vəziyyəti ürəkaçan deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.