“Həftəsonları küçəyə çıxma qadağası vətəndaşlarımızı qorumaq istəyimizdən irəli gəlir. Biz sərt karantin rejimi dövründə sübut etdik ki, ölkəmizin milli təhlükəsizliyi baxımından bunun öhdəsindən gələ bilərik. Biz belə olacağını gözləmirdik”.
AzadMedia.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Bu səhvimizin qısa müddət ərzində düzələcəyinə inanırıq. Qərardan sonra müəyyən əks-epidemik nailiyyətlər əldə olunacaq və nailiyyətləri sizinlə paylaşacağıq. Maska taxmaq və sosial məsafə ilə bağlı qaydalara əməl etsək, sərt qərarlar olmaz”, - deyə sədr bildirib.
R.Bayramlı əlavə edib ki, heç bir dünya ölkəsinin xəstəxanaları say artımına tab gətirə bilməz:
“Müxtəlif resurslar işə salınıb və mütəxəssislər hazırlanıb. Bakı şəhərində xəstəxanalarda artımın olması bizi bu addımı atmağa məcbur edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.