190 manatlıq ödəmələr yenidən verilə bilər - RƏSMİ
“Əhaliyə 190 manatın verilməsi aprel-may ayları üçün nəzərdə tutulmuşdu”.
AzadMedia.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, indi iş rejimi tam bərpa olunub:
“Amma yenidən vətəndaşlara 190 manatın verilməsi məsələsi gündəmə gələ bilər”.