AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərt karantin rejimində nəzarət ən çox harada olacaq? - RƏSMİ CAVAB

  • + A
  • - A
  • 5-06-2020, 20:40

    Sərt karantin rejimində nəzarət ən çox harada olacaq? - RƏSMİ CAVAB

    Şənbə və bazar günləri Bakı və digər bir neçə böyük şəhərdə sərt karantin rejimi tətbiq olunacaq. Bu dəfə əvvəlkindən fərqli olaraq, supermarketlər də fəaliyyət göstərməyəcək. Hətta apteklərin də növbəli işləyəcəyi gözlənilir.

    Yenidən sərtləşən karantin rejimi çərçivəsində qaydaları pozan vətəndaşlar nə cür cəzalandırılacaq? Nəzarət tədbirləri daha çox hansı yerlərdə həyata keçiriləcək?

    Daxili İşlər Nazirliyindən AzadMedia.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qaydaları pozanlar əvvəlki qaydada yazılan protokol əsasında cərimə olunacaqlar:

    “Həftəsonu əvvəlki qaydada olduğu kimi, polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri sərt karantin qaydalarının qorunub saxlanmasına nəzarət edəcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu bütün yerlərdə, istər mərkəzi, istərsə də, məhəllələrdə nəzarət tədbirləri həyata keçiriləcək.

    Tətbiq olunan karantin qaydalarını pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, cərimə olunacaqlar”.

    Xatırladaq ki, dünən baş nazir Əli Əsədov əhaliyə müraciət edib. Müraciətdə qeyd olunub ki, ölkədə koronavirusa yoluxma hallarının artmasına görə, iyunun 6-ı saat 0:00-dan, iyunun 8-i səhər saat 8:00-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində və Abşeron rayonunda sərbəst hərəkət məhdudlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR