AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur"

  • + A
  • - A
  • 6-06-2020, 19:01

    Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur"
    "Azərbaycan illərdir ki, bütün sahələrdə uğurlar əldə edir. Bu uğurlara sevinənlər olsa da, gözü götürməyən, həzm edə bilməyən qüvvələr var ki, həmişə narahatdır. Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı obyektivsizliyi və illər boyu tətbiq etdiyi ikilli standartlar təsadüfi deyil. Burada aydın və konkret məqsədlər var. Eyni zamanda, Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında etdiyi çıxışında bunu çox sadə və aydın şəkildə izah etdi".

    Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputat bildirib ki, AŞPA bu dəfə özünü heç nədən xəbəri yoxmuş kimi aparıb:

    "Necə olur ki, AŞPA kimi beynəlxalq qurum bütün günü insan haqlarından, demokratiyadan, onun müdafiəçisi olduğundan danışır, ancaq Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq işğalçılıq siyasətini davam etdirməsinə reaksiya vermir?! AŞPA-nın ermənipərəst mövqeyi bizdə təəssüf doğurur. Bir reallıq da odur ki, AŞPA-nın Azərbaycana qarşı ikili standartlara əsaslanan siyasətinin zaman-zaman şahidi olmuşuq. Bu dəfə də belə oldu.Ermənistanın Dağlıq Qarabağda xunta rejimin keçirdiyi “seçki”lərə reaksiya vermədi. Sanki bundan xəbəri yoxdur kimi özünü apardı. AŞPA bir məsələni də unutmaqda davam edir. Bu gün Azərbaycan dövləti sürətli inkişaf yolunu gedir. Ölkədə xalqın rahatlığı üçün köklü islahatlar həyata keçirilir, xarici siyasətdə möhkəm dostluq və ikitərəfli əməkdaşlıq davam etdirilir. Təbii ki, ölkə başçısının həyata keçirtdiyi bütün işlər müsbət qiymətləndirilir".

    Parlamentarinin sözlərinə görə, Azərbaycan uzun illərdir ki, AŞPA ilə əməkdaşlığı davam etdirir:

    "Üstəlik adıçəkilən beynəlxalq təşkilatın qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə və vicdanla yerinə yetirir. Bəs SPA nə edir?! Azərbaycanın uğurlarına, artan nüfuzuna həsəd apararaq, ölkəmizə qara yaxmağa çalışır. Hesab edirəm ki, bu cür münasibət sərgiləmək yolverilməzdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR