AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maduro Aİ-nin nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi

  • + A
  • - A
  • 30-06-2020, 18:12

    Maduro Aİ-nin nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi


    Venesuela rəhbərliyi Avropa İttifaqının nümayəndəsinin ölkədən çıxarılmasına qərar verib.

    Bu barədə TASS məlumat yayıb.

    Sözügedən qərar Aİ-nin 11 venesuelalı məmur və parlamentarini sanksiya siyahısına salmasından sonra qəbul olunub.

    “Mən Aİ-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi qərara aldım”, - deyə ölkə başçısı N.Maduro bildirib.

    N.Maduro Avropa kolonializminə və Venesuealaya qarşı təqiblərə son qoymağa çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR