AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qonaqlar noyabrın 5-dək hava limanında viza ala biləcək

  • + A
  • - A
  • Bu gün, 17:34

    Qonaqlar noyabrın 5-dək hava limanında viza ala biləcək

    Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı ilə bağlı ölkəyə gələcək xarici vətəndaşlar üçün viza prosedurları asanlaşdırılıb.

    Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, tədbir iştirakçıları 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək beynəlxalq hava limanlarında viza əldə edə biləcəklər.

    Bunun üçün müraciət edən şəxslər AFFA-nın rəsmi dəvət məktubunu və ya FIFA-nın elektron qeydiyyat sistemi üzrə akkreditasiya sənədini təqdim etməlidirlər.

    Xarici İşlər Nazirliyinə viza prosedurlarının sadələşdirilməsi ilə bağlı beynəlxalq təşkilatlara və xarici ölkələrin müvafiq qurumlarına məlumat vermək, eləcə də bu barədə rəsmi internet resurslarında məlumat yerləşdirmək tapşırılıb.

    Dövlət Miqrasiya Xidməti də aviaşirkətləri yeni qaydalar barədə məlumatlandıracaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR