Milli Məclisin payız sessiyasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək.
Bu barədə komitənin iclasında məlumat verilib.
Bildirilib ki, tullantıların idarə olunması çox aktual məsələdir. Onların idarə olunması bir tərəfdən ekoloji mühitin yaxşılaşmasına, hava çirkliliyinin qarşısının alınmasına və bir çox məsələlərə təsir edəcək.
Dinləmələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Təmiz Şəhər" ASC ilə birlikdə keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.