AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə teatrında narkomaniyanın fəsadlarından bəhs edən tamaşa hazırlanıb

  • + A
  • - A
  • Bu gün, 17:21

    Gəncə teatrında narkomaniyanın fəsadlarından bəhs edən tamaşa hazırlanıb

    “Zəhri-mar” ailə faciəsi səhnəyə qoyulub

    Gəncə Dövlət Milli Dram Teatrı 2026-cı ilin repertuar planına uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Abdulla Elşadlının “Zəhri-mar” adlı ailə faciəsi janrında tamaşasını hazırlayıb.

    Səhnə əsərində müasir dövrün aktual sosial problemlərindən biri olan narkomaniyanın insan həyatına, ailə münasibətlərinə və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərər diqqətə çatdırılır.

    Ağır psixoloji dram janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Milli Dram Teatrına dəvət olunmuş rejissor Abdulla Elşadlı, rejissoru Şahmar Məmmədovdur. Tamaşanın quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, musiqi tərtibatçısı Şəms Elşadlı, işıq üzrə rəssamı Emin Musayev, xorların müəllifi və aranjemançısı Ziyad Abbasov, rejissor assistenti isə Samirə Yusifovadır.

    Tamaşada əsas rolları Əməkdar artist Novruz Cəfərov, aktyorlar Zülfiyyə Əliyeva, Şahmar Məmmədov, Aysu Kəngərli, Ruslan Hüseynov və Elmir Məmmədov ifa edirlər.

    Qeyd edək ki, “Zəhri-mar” tamaşası mövsüm ərzində 6 dəfə nümayiş olunub. Səhnə əsərinin növbəti nümayişi 26 oktyabr 2026-cı il tarixində keçiriləcək.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR