Koronaya yoluxan yazar reanimasiyaya yerləşdirildi
Koronavirusa yoluxan yazar Noyzalı Əliyev Ağciyər Xəstəlikləri İnstitunun reanimasiya şöbəsinə yerləşdirilib.
Kult.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə paşayeva məlumay yayıb. O bildirib ki, TƏBİB rəsmilərinə müraciətdən sonra N.Əliyevin müalicəsi üçün onun reanimasiyaya yerləşdirilməsinə qərar verilib.
“Ötən gün və bu gün Noyzalı müəllimlə bir neçə dəfə danışdıq. İnşallah, Allahın yardımı, həkimlərimizin dəstəyi və insanlarımızın duaları ilə yaxın zamanda sağlamlığına qovuşar. Xəstəxananın rəhbərliyi ilə də danışdıq. Noyzalı müəllimin yüksək səviyyədə müalicəsi və sağalması üçün əllərindən gələni edəcəklərini dedilər. Allahdan Noyzalı müəllimə şəfa diləyirik. Dualarınızı əskik etməyin”, - deputat qeyd edib.