AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynaya məxsus yük təyyarəsi Yaponiyada alovlanıb – Hava limanının işi dayandırılıb

  • + A
  • - A
  • Bu gün, 11:49

    Ukraynaya məxsus yük təyyarəsi Yaponiyada alovlanıb – Hava limanının işi dayandırılıb

    Yaponiyada Ukraynaya məxsus An-124 “Ruslan” yük təyyarəsi ilə bağlı insident qeydə alınıb. Təyyarə Çubu regionunun hava limanında eniş edərkən alovlanıb.

    NHK-nin yaydığı xəbərə əsasən, hadisədən sonra hava limanının fəaliyyəti 15 dəqiqə ərzində dayandırılıb.

    İnsidentin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.

    Məlumata görə, yük təyyarəsi “Antonov Airlines” aviaşirkətinin balansındadır. Təyyarədə daşınan yükün nədən ibarət olduğu açıqlanmayıb.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR