AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Media və Yayım Şurası: Azərbaycanda hicabla bağlı kütləvi həbslər barədə iddialar dezinformasiyadır

  • + A
  • - A
  • Bu gün, 11:41

    Media və Yayım Şurası: Azərbaycanda hicabla bağlı kütləvi həbslər barədə iddialar dezinformasiyadır

    Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı, bu səbəbdən insanların ölkəni tərk etdiyi barədə yayılan məlumatlar əsassızdır. Media və Yayım Şurası bu iddiaların dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və Azərbaycan haqqında yanlış təsəvvür yaratmağa xidmət etdiyini bildirib.

    Şuranın açıqlamasında qeyd olunub ki, bu cür məlumatların yayılması açıq dezinformasiya nümunəsidir.

    Bildirilib ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin həqiqətə uyğun olmayan iddiaları yayması, onları təhqiramiz ifadələrlə təqdim etməsi daşıdıqları ictimai məsuliyyətlə uzlaşmır. Eyni zamanda, bu cür davranış auditoriyaya təsir imkanlarından sui-istifadə kimi qiymətləndirilir.

    Media və Yayım Şurası ölkə haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib. Qurum media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayarkən məsuliyyətli davranmağa çağırıb.

    Açıqlamada ictimaiyyətə də belə paylaşımlara tənqidi yanaşmaq, məlumatları etibarlı mənbələrdən yoxlamaq və dezinformasiyanın yayılmasına şərait yaratmamaq tövsiyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR