Ötən gün sosial şəbəkələrdə kimliyi məlum olmayan şəxs tərəfindən təxribata yönəlik videoçağırış yayımlanıb.
Azadmedia.az xəbər verir ki, sözügedən şəxs ağlaya-ağlaya səfərbərlik elan olunduğunu bildirərək insanlar arasında çaşqınlıq yaradıb. Eyni zamanda Tovuz rayonunun Dondar Quşçu kəndinin və 812-ci diviziyanın vurulduğuna dair yalan informasiya verib. Bu barədə AzTV telekanalında sujet hazırlanıb. Sujetdə bildirilir ki, həmin şəxs milliyətcə ermənidir və Azərbaycan dilini çox yaxşı bilir:
"O, ağlayaraq, titrəyərək şüarlarla çıxış edib. Ayılmağın zamanıdır. İçimizdə bilmədiyimiz düşmənlər, satqınlar ola bilər və artıq onlardan biri dünən ifşa olundu. Azərbaycan dilində ağlayaraq, təşvişlə çağırış edib. Biz nə bilək ki, o bizdəndir, ya bizdən deyil?!”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.