"Səhər açılandan bütün həkim dostlarım və qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?! Əvvəlcə heç nə anlamadım və məsələnin İnstaqram səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Məlum oldu ki, gecə ilə İnstaqram səhifəm ələ keçirilib".
AzadMedia.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. Sənətçi İnstaqram səhifəsinin oğurlandığını, onun adından həkimlərə təhqirlər yazıldığını bildirib:
"Gecə ilə mənim adımdan tək həkimlərə yox, hər kəsə acı və neqativ şərhlər yazıblar. Bunu qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara piar olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım. İndi isə bir daha hamınızın bilməyini istəyirəm: Günlərdir yaxşı həkimlərimizin sitat və səhifələrini paylaşıram, onların ünvanına gözəl sözlər yazıram, təşəkkür edirəm, bəs niyə bunları "manşet" etmirdiniz?
Bir ağıldankəmin yazdığı neqativ şərhləri nə tez başlığa çevirdiniz? Heç mən olmadığımdan şübhə etmədinizmi? Nə tez məni xalq düşməni etdiniz?".
Elnarə daha sonra səhifəsini geri qaytardığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.