Nazirin milyonluq kombayn korrupsiyası ifşa oldu - Sensasion araşdırma
“Dövlət büdcəsi hesabına hər birinin dəyəri 1 milyon manatdan baha olan pambıq yığan kombayn alıb gətiriblər”
Bunu kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Feysbukda yazıb.
Onun sözlərinə görə, Azərbaycan şəraitində həmin texnikadan səmərəli istifadə etmək qeyri-mümkündür: “Təsəvvür edin, qoyulan xərci çıxarmaq üçün həmin kombaynlar ən azı 50 il təmirsiz, saz vəziyyətdə işləməlidir”.
Bir müddət öncə ABŞ-dan gətirilən, qiyməti 600 min dollar olan kombaynlar artıq sahələrdədir. Fermerlərin işini yüngülləşdirən texnikaya "mini zavod” da deyirlər.
Azərbaycan ABŞ və Avstraliyadan sonra üçüncü ölkədir ki, bu pambıq yığan kombaynlardan istifadə edir.
Nazirlik guya kombayn çatışmazlığı təəssürat yaradıb. Halbuki, ölkədə kifayət qədər kombayn var. Sadəcə, bu texnika fermerlərə rüşvət müqabilində verilir. Ona görə də pulu olan kombayanı əldə edə bilər.
Bu işləri əslində, KTN-nin yerlərdəki idarələri həyata keçirməlidir. Lakin məlum olub ki, H.Əsədovun yerlərdəki idarələri müqəvvadır və formal xarakter daşıyır.
KTN rəhbəri həmin korrupsiya fəaliyyətini yerlərdəki icra başçıları ilə reallaşdırır. İcra başçılarının göstərişi altında fermerlər kombayn əldə edə bilir.
Ulus.Az xəbər verir ki, Azərbaycanın iqlimi imkan verir ki, kənd təsərrüfatı sahəsindən kifayət qədər büdcəmizə xarici valyuta gətirə bilərik.
Artıq bu istiqamətdə böyük layihələrə start verilib, o cümlədən, pambıqçılığın inkişafına çox diqqət yetirilir, baramaçılıq, üzümçülük sahələri artırılır. Ancaq bu işlərdə də bir çox problemlərin şahidi oluruq.
Bir çox rayonlardan gələn şikayətlərə görə rayon icra başçıları büdcə təşkilatlarında çalışanları zorla pambıq yığımına cəlb edirlər və yığdıqları pambığın pulunu vermirlər. Bildirirlər ki, dövlətdən maaş alırlar.
Mediada yayılan xəbərlərə görə, Heydər Əsədov rayonlara göstəriş verib və müəyyən sabotajla məşğuldur. Elə pambıq yığımına pulların verilməsinin kökü də buradan qaynaqlanır.
Bir müddət əvvəl Müasir Müsavat Partiyasının sədr Hafiz Hacıyev demişdi ki, Heydər Əsədov ermənilərlə həm pambıq, həm maldarlıq sahələri üzrə müqavilə bağlayıbmış.
Bu müqavilə ilə alınan dərmanların hamısı da saxta çıxıb. Sahibkarlar həmin dərmanlardan birin götürüb analizə göndərsələr görəcəklər ki, o dərmanlar, ancaq heyvanları tələf etməkdən ötrüdür.
Bir müddət qabaq Sabirabadda olan hadisəni yada salaq: pambığı zərərverənlərdən təmizləmək üçün dərman verdilər, amma əksinə olaraq zərərverənlər daha da inkişaf etdilər.
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.