Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, I Qarabağ müharibəsi zamanı Şuşa və Laçının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş, təqaüddə olan prokurorluq əməkdaşı Tanrıverdiyev Telman Əliş oğlu koronavirusdan dünyasını dəyişib.
Azadmedia.az xəbər verir ki, bu barədə mərhumun tələbə yoldaşı və dostu, sabiq deputat Çingiz Qənizadə məlumat verib.
Çingiz Qənizadə dostunu itirdiyinə görə çox məyus olub. O, müsahibə verən zaman emosiya və hisslərini gizlədə bilməyib, dostunun ölümünə görə ağlayıb.
Telman Tanrıverdiyev ötən gün gecə saatlarında dünyasını dəyişib. Bu gün isə mərhum torpağa tapşırılıb.
Qeyd edək ki, Telman Tanrıverdiyev Laçın Rayon Polis şöbəsinin müavini, Laçın rayon prokuroru və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. İki il öncə isə təqaüdə çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.