Baş Prokurorluğun 32 yaşlı əməkdaşı dünyasını DƏYİŞDİ
Baş Prokurorluğunun əməkdaşı dünyasını dəyişib.
Unikal.org-un əldə etdiyi məlumata görə Baş Prokurorluğun 32 yaşlı əməkdaşı Bəhruz Kərimov qəfil vəfat edib.
O, əvvəllər gömrük orqanlarında çalışıb.
B. Kərimov ailəlidir və iki azyaşlı övladı var.
Qeyd edək ki, mərhum Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin bacısı oğludur.