Bir müddət hakimiyyətdən növbəti dəfə vəzifə istəyən, arzusuna çatmadıqda qisasçılıq hissinə qapılaraq korrupsioner sabiq nazir Əli İnsanovun yaratdığı HƏP adlı partiyaya qoşulan və cəmiyyətə “ağıl öyrədən” sabiq səfir İsfəndiyar Vahabzadə gündəmdə qalmağın yolunu tapıb. Yazıq neyləsin? Atası sevilən şair sağ deyil ki, nüfuzundan istifadə edib üzdə olan insanlardan əzizlərinə vəzifə istəsin.
Öz əqidəsinə dönük çıxan, liderinə, komandasına xəyanət edən İsfəndiyar Vahabzadənin Moldovada səfir olduğu dönəmdə hansı hoqqalardan çıxdığını mətbuatdan öyrənəndə çoxları şoka düşdü. Adama, sadəcə, atası Bəxtiyar Vahabzadəyə görə hörmət edib tutmayıblar. Təkcə onu demək bəs edir İsfəndiyar abrına bükülsün ki, dövlət büdcəsi hesabına Moldovada Azərbaycanın qonaq evini özünün şəxsi eyş-işrət, əyləncə yerinə döndərib, hovuz, sauna tikdiribmiş...
İndi gündəmdə qalmaq üçün başını çomağa sürtür. Qarnının qurdu odur ki, niyə büdcəni "diplomatik xərclər" adı ilə talamaq üçün növbəti dəfə ona vəzifə vermirlər".
Həmkarlarımızdan biri 2017-ci ildə Moldovada səfərdə olarkən onun bu ölkədə səfir işlədiyi dövrlərdə hansı oyunlardan çıxması haqda soydaşlarımız bizə xeyli faktlar açıqlamışdılar. Demişdilər ki, İsfəndiyar Vahabzadə Moldovadakı azərbaycanlıları səfirliyə buraxmırmış, səfirliyin qonaq evini özünün eyş-işrət yuvasına çeviribmiş, hansısa sənəd almağa gələn soydaşlarımıza rüşvətsiz heç bir sənəd vermirmiş və s... Hətta onun Moldovada kilsələrdə moizələrə oxuduğu, xristianlığa simpatiya bəslədiyi haqda da iddialar səslənirdi.
Elə Moldovadakı diasporumuzun niyə belə duruma gəlib çıxmasının səbəblərini araşdırarkən bəlli oldu ki, bunun əsas günahkarı 2006-2012-ci illərdə Moldovada səfir olmuş İsfəndiyar Vahabzadədir.
Hazırda hökumətdən, vəzifədən əlini üzən, lakin özünü hələdə “diplomat” hiss edən səfir indi də deputatları qaralamaqla məşğuldur. İllərlə Milli Məclislərdə yerlər zəbt edib bir məqaləsi ilə mətbuata çıxmayan, xalqın leyhinə tribunada 1 kəlmə danışmayan deputatların adını dilinə gətirməyə cəsarəti çatmır, bilir ki bu, ona baha başa gələr. Keçib gənc, ləyaqətli, Azərbaycanın maraqlarını qoruyan, seçicilərini ləyaqətlə təmsil edən Elnur Allahverdiyevi qaralamağa. Məqsəd yenə birmənalı şəkildə ara qarışdırmaq, gündəmdə qalmaq, deputatdan hansısa kompromis təklif almaq.
Bu dəfə əlin boşa çıxacaq, “diplomat” İsfəndiyar. Özünü o qədər hərəkətlərin və mənasız açıqlamalarınla gözdən salmısan ki, sənin danışıqlarına nəinki qulaq asan yoxdu, hətta danışıqlarını müzakirə etmək istəyəndə, fikir verməyin karvanlar keçirdi kimi ağır ifadələr işlədilir.
Elnur Allahverdiyevi müzakirə və mühakimə edəcək sonuncu adamsan. Elnur müəllimin xeyirxah əməllərindən uzun-uzadı yazmayacağam, xalqın gözü tərəzidir, sənə hesab vermək borcum da yoxdur. Get ovunu başqa yerdə - səviyyənə uyğun yerdə axtar.
Xəlil Xəlilov,
Azadmedia.az saytının Baş redaktoru