AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcra başçısı həbs olunan rayonda yeni TƏYİNAT

  • + A
  • - A
  • 24-08-2020, 16:13

    İcra başçısı həbs olunan rayonda yeni TƏYİNAT

    Kürdəmir Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

    Report xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Anar Əliyev Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

    A.Əliyev buna qədər Saatlı RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.

    Qeyd edək ki, Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Səfər Nuriyev bir müddət əvvəl DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə rəis müavini təyin edilib.

    Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

    Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR