AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xızıda güclü yanğın: 2 helikopter cəlb edildi

  • + A
  • - A
  • 27-08-2020, 20:00

    .

    Xızıda güclü yanğın: 2 helikopter cəlb edildi

    Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

    ***

    Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın söndürülüb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, alovun qarşısı nazirliyin müvafiq qurumları tərəfindən alınıb.

    Xatırladaq ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR