Ölkəmizdə koronaya yoluxma sayı artdı - Son rəqəm
Azərbaycanda koronavirus infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6014 test aparılıb.
Aktiv xəstə sayı isə 1998 nəfərdir.