Rektor tələbələrini təbrik etdi, pozitiv olmağa səslədi
ADAU-nun rektoru İbrahim Cəfərov bilik günü paylaşımı ilə bütün kollektivi kövrəldib. Rektor şəxsi facebook səhifəsində tələbələrini təbrik edib, pis günün ömrünün az olacağını, oktyabrdan hər şeyin yaxşı olacağını bildirib. Azadmedia.az rektorun sözügedən təbrik-statusunu təqdim edir və inanırıq ki, İbrahim müəllimin dediyi kimi hər şey yaxşı olacaq:
"Dəyərli dostlar, sabah,15 sentyabr-bilik bayramı günüdür, məlum vəziyyətlə əlaqədar görüşə bilmirik, amma yaman günün də ömrü az olar, qismət olsa hamımız oktyabr ayında bir yerdə olacağıq, tədrisə başlayacağıq, təsəllim budur. Universitet olaraq yeni tədris ilinə tam hazırıq. Tezliklə görüşənədək, bayramımız mübarək!
Sizin rektor...".