Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlament seçkilərinin azad, təhlükəsiz və dinc şəraitdə keçirilməsinin təmin olunması ilə bağlı əmr imzalayıb.
Azadmedia.az xəbər verir ki, ölkənin bölgələrində polis bölmələrinin fəaliyyət göstrədiyi ərazilərdə qanun pozuntularının qarşısının alınması və onlara reaksiya verilməsi üzrə qruplar yaradılacaq.
Əmrə əsasən, polis əməkdaşları vəzifələrini yerinə yetirərkən siyasi bitərəflik prinsipinə ciddi əməl etməlidirlər.
Sənəddə qeyd olunub ki, polis məmurunun hər hansı bir siyasi partiyanın xeyrinə və ya ona qarşı yönələn hərəkət etməsi yolverilməzdir.
Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.