Bu gün böyükdən-kiçiyə hər bir azərbaycanlının qəlbinə hakim olan vətənpərvərlik ruhu xalqımızın düşmən üzərində qəlbəsinə inamını gücləndirir və Silahlı Qüvvələrimizdə məğlubedilməzlik hissi yaradır
27 sentyabr müstəqil Azərbaycanımızın hərb tarixinə qızıl hərflərlə yazıldı. Erməni faşistlərinin növbəti dəfə mülki vətəndaşlarımızı hədəfə almasına, eləcə də təmas xətti boyunca erməni təxribatına cavab olaraq ordumuzun əks-həmləsi xeyirin şər üzərində qələbəsinə gedən yolun başlanğıcı oldu. Bu yol Azərbaycan Ordusunu daha möhtəşəm qələbələrə aparacaq.
Ötən bazar günü başlanan və bu gün davam edən müharibə Azərbaycan xalqının seçimi deyil. Otuz ilə yaxın davam edən münaqişəni sülh yolu ilə həll edilməsi ilə bağlı dövlətimizn göstərdiyi səylərə, xüsusilə beynəlxalq qurumlara ünvanladığı saysız-hesabsız bəyanatlara, müraciətlərə ədalətsiz yanaşmalar fonunda Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı vəhşiliyi Milli Ordumuzu yenidən müharibəyə cəlb etdi. Dünya ictimaiyyəti yaxşı bilir ki, müharibə Azərbaycanın işğal olunmuş ərazilərində gedir. Təbii ki, otuz il dünyadan haqq- ədalət gözləyən Azərbaycana beynəlxalq qurumların deyəsi heç bir sözü yoxdur! Yer kürəsində Azərbaycan kimi qüdrətli, nefti, dənizi, güclü ordusu olan ölkə şübhəsiz, mülki əhalisinin düşmən təcavüzünə məruz qalmasına sonsuzluğa qədər dözə bilməzdi. O Azərbaycan ki, şairləri, yazıçıları Vətən haqqında digər xalqların qələm adamlarından da çoxlu əsərlər yazıblar, bəstəkarları da vətənpərvərlik ruhunda mahnılar bəstələyiblər. O Azərbaycan ki, heç vaxt dünyadan işığını, nurunu, bir sözlə, xeyirxahlığını əsirgəməyib. Amma dünya birliyi Odlar Yurdunun dənizin dibində sərvətlərini görsə də, 30 ilə yaxındır torpağının üstündə Qarabağ dərdini, itkisini “görmür.” Xocalı harayını “eşitməyən” beynəlxalq aləm bu il pandemiya dünyanı caynağına aldığı dövrdə dəfələrlə Azərbaycanın sərhədlərində düşmənin mülki əhaliyə qarşı törətdiyi təxribat və təcavüzə etirazını bildirmədi. Bu da işğalçı Ermənistana beynəlxalq hüquq normalarına
məhəl qoymadan ölkəmizə qarşı təcavüzkarlıq siyasətini davam etməyə, şou xarakterli bəyanatlar səsləndirməyə fürsət verdi. Dünən bir neçə dəfə Rusiyanın telekanallarında Paşinyanın qorxaq tülkü kimi quyruğunu qısıb oturmuş halda görüntüləri yayımlanırdı. O, böyük həyacan içində ondan-bundan kömək dilənirdi.
İndi Azərbaycan iki cəbhədə düşmənlə mübarizə aparır: bəşəriyyətin gözəgörünməz düşməni adlanan koronavirus pandemiyası və mülki əhaliyə iriçaplı silahlardan atəş açan erməni faşizmi ilə. Odur ki, belə bir şəraitdə biz hamımız Vətən sevgisi ilə silahlanmalı, Milli Ordumuzla həmrəy olduğumuzu, dövlətimizin haqq işini dəstəklədiyimizi nümayiş etdirməliyik. Konstitusiyamızda da dövlətin mənafeyini qorumaq, nüfuzunun möhkəmlənməsinə xidmət etmək Azərbaycan vətəndaşlarının vəzifəsi kimi aydın göstərilib. Bu gün gənclərin milli ruhda tərbiyəsi, onlara vətənpərvərlik və milli mənlik şüurunun aşılanması aktual məsələdir. Bu sahədə tədris ocaqlarının, valideynlərin, ictimai rəyə təsir gücünə malik KİV-in əvəzsiz rolu var.
Vətən tarixini, vətənpərvərliyi aşılamaq, bu mövzuda Azərbaycan TV-lərində, radiosinda verilişlərin sayını artırmaq indi daha vacibdir. Qəlbində vətənpərvərlik ruhu hakim olan döyüşçülərimizin qarşısında isə ən hiyləgər düşmən belə tab gətirə bilməz. Vətənə xidmət böyük məktəbdir. Bu gün Milli Ordumuzda Vətən sevgisini və yurd uğrunda son nəfəsədək döyüşmək əzmini özünə örnək bilənlər daha çoxdur.Bu ruhu daşıyan əsgər və zabitlərimizin çoxu Qarabağ müharibəsi ilə həmyaşdırlar. Son iki gündə Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, üçrəngli bayrağımızı uca tutan cəsur oğullarımızın doğma torpaqlarını azad etmək uğrunda fədakarlığının şahidi oluruq. Bu gün Azərbaycan Ordusunun sıralarında yüzlərlə igid əsgər və zabit var ki, yaxın tarixdə onların imzasına şahid olacağıq.
İndi seçim Ermənistanındır: ya xoşluqla işğal altında saxladığı Azərbaycan ərazilərindən rədd olub getməli, ya da Azərbaycan Ordusunun Dağlıq Qarabağa və zəbt olunmuş digər ərazilərə edəcəyi zəfər yürüşünə hazır olmalıdır. Sonuncu seçimin ermənilər üçün əsl fəlakət olacağını düşmənin özü də yaxşı başa düşür. Çünki ordumuzun
döyüşün taleyini həll edəcək istənilən parametr üzrə Ermənistan silahlı qüvvələrindən dəfələrlə üstün olduğunu bilir. Düşmən onu da yaxşı dərk edir ki, özünü mənəvi-psixoloji hazırlıq, döyüş ruhu, maddi-texniki təminat, şəxsi heyətin say tərkibi baxımından qüdrətli azərbaycan Ordusu ilə heç müqayisə edə bilməz. Çünki fərq nisbəti, peşəkarlıq dəfələrlə böyükdür. Azərbaycan xalqının isə öz ordusuna güvəni, inamı, etibarı, etimadı tamdır. Xalqımız əmindir ki, Vətən sevgisi ilə silahlanmış igid əsgərlərimiz əzəli Azərbaycan torpaqlarını düşmənlərdən azad edəcək. Qəhrəmanları olmayan xalqın qələbəsi olmur!
Türk müsəlman xalqına sonsuz nifrəti gec-tez erməni faşistlələrini ağılsız duruma salacaq. Onlar da Hitler Almaniyası kimi məğlubiyyətin acısını dadacaqlar. Azərbaycan Ordusunun döyüş əzmi sayəsində çatacağımız Qələbə günü uzaqda deyil. Allah ordumuzu tezliklə müzəffər etsin.
Nurəddin Muğanlı