İlham Əliyev: “Rusiya və Türkiyə uzunmüddətli sülhün bərqərar olmasına zəmin yaradan əsas dövlətlərdir”
“Rusiya və Türkiyə bölgədə uzunmüddətli sülhün bərqərar olmasına zəmin yaradan əsas dövlətlərdir”.
Bunu Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyənin bir böyük dövlət kimi, Cənubi Qafqaz dövlətlərinin bir qonşusu kimi aktiv döyüşlər bitdikdən sonra vasitəçi missiyasını həyata keçirməyə tam haqqı var:
“28 il ərzində hazırkı vasitəçi missiya heç bir müsbət nəticə əldə etməyib. Əksinə, indiki vəziyyətə gətirib-çıxarıb. Biz məsələyə praqmatik yanaşaraq, müəyyən etməliyik ki, hansı dövlətlər regionda sülhün bərqərar olunmasına, əməkdaşlığın inkişafına töhfə verə bilər. Mən hesab edirəm ki, bu, ilk növbədə, Rusiya və Türkiyədir”.