AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM - "Rezidenturaya boş qalan yerlər üzrə qəbul aparılır"

  • + A
  • - A
  • 13-10-2020, 15:01

    AzadMedia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.

    Belə ki, 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 508 yerdən ibarət olmuşdur.

    Qeyd edək ki, artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 11 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar). Ümumilikdə 74 plan yeri boş qalmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR