Naxçıvanda qədim abidələr aşkarlanıb
[justify]AzadMedia.az xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası yeni qədim abidələr aşkarlayıb.
Akademiyadan verilən məlumata görə, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntı aparıb.
Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, son tunc dövrünə aid gil küpün içərisində 5 ədəd tuncdan hazırlanmış boyunbağısı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib.[/justify]