Əliabbas Salahzdə
Milli Məclisin deputatıBu gün Konstitusiya Günüdür. Bu günlər Azərbaycan ən şərəfli, qürurverici günlərini yaşayır. Çünki Azərbaycan həm döyüşdə, həm də diplomatik sahədə öz qələbəsini təmin etdi.
27 sentyabrdan başlayan 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurub yaratdığı istehkamları, ordusunu darmadağın etdi. 44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü sübut etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Bu şanlı qələbədə dövlət-xalq birliyi bütün dünyaya nümunə oldu. Azərbaycanın hər bir vətəndaşı yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq ölkə başçısının,ordumuzun ətrafında sıx birləşdi. Bu günlərdə hər bir kəs öz xidmət etdiyi sahədə müsəlləh əsgər oldu. Çünki hər kəsin içində bu inam var idi: Biz haqlıyıq, biz qələbə çalmalıyıq!
Şanlı ordumuzun, əsgərlərimizin qanı, canı bahasına, Ali Baş Komandanımızın qətiyyəti, yüksək əzmi və iradəsi, xalqımızın birliyi naminə bu gün Azərbaycan işğal olunmuş torpaqlarını həm müharibə, həm də danışıqlar yolu ilə geri qaytarmaqla yeni tarix yazır.
Ermənistan hərbi və siyasi cəbhədə məğlub oldu.
Bu gün biz qələbəmizin sevincini yaşayırıq. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən iğid oğul və qızlarımızın, dünyadan Qarabağ nisgili ilə köçən vətəndaşlarımızın ruhu şaddır. O torpaqların hər qarışında şəhidlərimizin qanı var. Biz artıq başımız dik, alnımız açıq gəzə bilərik. Çünki gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.