AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Konstitusiyanın qəbulu Ulu Öndərin dövlətçilik qarşısında ən böyük xidmətlərindən biridir

  • + A
  • - A
  • 12-11-2020, 15:50

    Konstitusiyanın qəbulu Ulu Öndərin dövlətçilik qarşısında ən böyük xidmətlərindən biridir

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Artıq Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.

    Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

    Noyabr ayı təqvimdə bayramları, əlamətdar günləri çox olan aya çevrilib. Bu gün Azərbaycan ən sevincli günlərini yaşayır. Azərbaycan həm cəbhədə, həm də diplomatik arenada öz qələbəsini təmin etdi. Bu gün Azərbaycan ən şanlı, ən şərəfli, qürurverici günlərini yaşayır. 44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü sübut etdi. Bu şanlı qələbədə dövlət-xalq birliyinin rolunu dansaq, haqsızlıq edərik. Hər kəs Prezidentin, ordumuzun ətrafında sıx birləşdi. Bu birliyin nəticəsidir ki, bu gün Azərbaycan işğal olunmuş torpaqlarını həm müharibə, həm də diplomatiya yolu ilə geri almaqla yeni tarix yazır.
    Ermənistan hərbi və siyasi cəbhədə məğlub oldu. Bu məğlubiyyət Ermənistan üçün gözlənilən idi. Hərbi və iqtisadi baxımdan ondan qat-qat güclü olan Azərbaycanın qarşısında uzun müddət davam gətirə bilməzdi.

    Bu gün biz qələbəmizin sevincini yaşayırıq. Artıq başımız dik, alnımız açıq gəzə bilərik.

    Eşq olsun, bu gözəl günləri bizlərə bəxş edən Ali Baş Komandanımıza, müzəffər ordumuza və bu qələbəni maddi və mənəvi dəstəyi ilə tezləşdirən xalqımıza!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR