“Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib və yerli ictimaiyyət məlumatlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə,Hannover şəhərinin mərkəzində baş tutan aksiyada soydaşlarımız alman ahıllara gül dəstələri hədiyyə edərək Azərbaycanın şanlı qələbəsi haqqında məlumat verib.
Aksiya iştirakçıları həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.