AzadMedia.az-ın redaksiyasına, hər gün Cənab Ali Baş Komandanımıza və Müzəffər Ordumuza xalqımız tərəfindən və xüsusilə gənclər tərəfindən ünvanlanan onlarca təşəkkür və təbrik yazıları gəlməkdə davam edir..
AzadMedia.az-ın bu dəfəki qonağı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük fakültəsinin III kurs tələbəsi Elmin İsmayılov olub.
ADBTİA-nın tələbəsi Elmin İsmayılov, “Azərbaycan xalqı səbrli xalqdır. Lakin ağrılı, acılı günlərini əsla unutmur. Səbr vaxt tələb edən bir məfhum olsa da, səbrin sonu səlamətdir deyib, atalarımız. Səbr edən Azərbaycan xalqı, düzgün siyasi və hərbi strategiya ilə 30 il sonra öz mütləq qələbəsini, Cənab Ali Baş Komandanı və Rəşadətli Ordusunun sayəsində qazandı” deyə bildirib.
“Bəli, 44 günlük hərbi və siyasi iradənin, Azərbaycançılıq ideologiyasının sayəsində, Azərbaycan dövləti istər hərb meydanında, istərsə də diplomatiya arenasında, dünya miqyasında öz gücünü və qüdrətini göstərdi, bir sözlə, misli görünməmiş Qələbə qazandı.”
“Vicdanımız rahatdır, çünki, bizim düşmən tərəfinin nə mülki əhalisi ilə, nə də torpağında gözümüz yox idi və heç vaxt da olmayıb. Biz qan tökməmişdik, soyqırımlar törətməmişdik. Biz haqlı idik. Biz, sadəcə özbəöz, doğma torpaqlarımız uğrunda mübarizə aparırdıq. Döyüşlər öz torpaqlarımızda gedirdi. Bizim dinc sakinlərimiz düşmən tərəfindən atəşkəsin dəfələrlə pozulması nəticəsində, zərər çəkirdi. Biz öz doğma torpaqlarımızı işğaldan azad etmək uğrunda, savaş meydanında irəliləyirdik. Beynəlxalq hüquq bizim tərəfimizdə idi və hal-hazırda da bu belədir. Dünya sussa da, biz öz haqlı davamızı davam etdirdik və qəhrəmanlıqla qalib gəldik. Azərbaycan Şanlı Zəfərini tarix səhifəsinə əbədi olaraq yazdı.”
“Bəli, Azərbaycan dövləti bütün regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradaraq, münaqişənin ədalətli həlli istiqamətində, münaqişənin birdəfəlik həllini nəzərdə tutan tarixi addımlar atdı.
Lakin unutmaq olmaz ki, dövlətimizin bütün sülhsevər səylərinə baxmayaraq, işğalçı düşmən, destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə hər bir halda illərdir mane olmuş, istər siyasi və istərsə də, hərbi təxribatlar vasitəsilə, danışıqlar prosesini pozmuş və Azərbaycan ərazilərinin işğalına əsaslanan, mövcud vəziyyəti hər daim qorumağa çalışmışdır.
Haqq və beynəlxalq hüquq birmənalı olaraq, bizim tərəfimizdə idi. Və bu gün Dağlıq Qarabağ münaqişəsi, düzgün döyüş taktikası, müasir silah texnikası, ölkə rəhbəri, məğlubedilməz ordu və xalq birliyi nəticəsində, Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilmişdir.
Hal-hazırda, dünya birliyi Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Prezident İlham Əliyev həmişə açıq şəkildə bəyan etmişdir ki, “Azərbaycanın ərazi bütövlüyü, danışıqların mövzusu deyil və heç vaxt da olmayacaq. Azərbaycan, bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində, heç bir güzəşt olmayacaq” və belə də oldu.. Təşəkkürlər cənab Ali Baş Komandan! Təşəkkürlər qüdrətli Ordumuz! Biz, sizinlə fəxr edirik!
Birmənalı şəkildə, qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi yanımızda idi və bu bu gün də, belədir. Çünki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır..”
Sözün əsl mənasında,
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin öndərliyində, Müzəffər ordumuz 1 milyon köçkünümüzə, xalqımıza bir sözlə, dünya Azərbaycanlılarına Şanlı Qələbə hissini yaşatdı və bu tarixi qəhrəmanlıq səlnaməsini öz canı, öz qanı bahasına, mərdliklə əbədi olaraq yaddaşlara həkk elədi.
Yaşasın Güclü Lider, Azərbaycan Ordusunun Ali Baş Komandanı!
Yaşasın Qəhrəman Azərbaycan Ordusu!
Eşq olsun, Qüdrətli Azərbaycan Xalqına!
Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!”