ADAU SİLAHLI QÜVVƏLƏRƏ YARDIM ETDİ
Bildiyimiz kimi 27 sentyabrdan etibarən öz ərazi bütövlüyü uğrunda haqlı mübarizəsinə başlayan Azərbaycan cəbhə istiqamətində uğurlu nəticələr əldə etməkdədir. Cənab prezidentimizin də dəfələrlə əminliklə səsləndirdiyi kimi bu, bizim haqq işimizdir və uğrunda mübarizə apardığımız bu şərəfli yolda şübhəsiz ki, zəfər çalacağıq.
Bu qürurlu dönəmdə ADAU rəşadətli ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edir. Belə ki, Universitetin rektoru İbrahim Cəfərovun şəxsi təşəbbüsü ilə ön cəbhədə olan əsgərlərimizə 200-ə yaxın yataq dəsti, zəruri ərzaq və tibbi ləvazimatlar yola salınıb.
İbrahim Cəfərov mövzu ilə bağlı fikirlərini Azadmedia.az saytına bildirərkən qeyd etdi ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda çətin və şərəfli yolda vətənin hər qarış torpağı üçün canından keçməyə hazır ordumuza dəstək olmaq hər birimizin vətəndaşlıq və vicdan borcudur. Bütün əsgərlərimizə qələbə arzu edir, onların polad iradəsinə, bizə Qələbə bəxş etməsinə inanırıq. Qarabağ bizimdir, bizim olacaq!
Biz birlikdə güclüyük!