Şok gəlişmə: Kərəm Həsənov Forma-1 rüşvəti ilə bağlı məhkəməyə verildi - Rəsmi faktlar
Hüquq müdafiəçisi Qurban Məmmədov Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanındakı DƏDRX-də ("kupça idarəsi") Forma-1 arayışı üçün allnan rüşvətlə bağlı müdhiş sirləri ifşa edib
Feysbukda paylaşdığı mətndə Q.Məmmədov ciddi məqamlara toxunub.
“Kərəm Həsənovun idarəsində sizlərdən qanunsuz alınan milyonları geri qaytarmaq dövlətçilik məsələsidir. “Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair" (“Forma-1”) arayışının 5 gün müddətinə verilməməsinin qanunsuz hesab edilməsi,
- “Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair" ( “Forma-1”) arayışına görə “xidmət haqqı” adı altında hər hansı məbləğin vətəndaşlardan alınmasının qanunsuz hesab edilməsi,
- “Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair" (“Forma-1”) arayışının verilməsi üçün, qanunda nəzərdə tutulmayan “xidmət haqqı” adı altında hər hansı pul məbləğinin bundan sonra tutulmasının cavabdehlərə qadağan edilməsi,
- “Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair" (“Forma-1”) arayışına görə “xidmət haqqı” adı altında məndən və başqa vətəndaşlardan alınmış pul məbləğlərinin geri qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə”
Ulus.Az-ın xəbərinə görə, vəkil komitəni məhkəməyə verməklə ƏMDK-də olan rüşvət faktları hüquq müstəvidə sübut etməyə çalışır.
Sitat: “Rusiya Fedrasiyası, Primorski diyarı, Artyom şəhəri, Sevastopolskaya küç., ev-1, mən.-107,108-də yaşayan Əzizova Qızılgül Kamil qızı, DƏDRX-də nümayəndəsi olmaq, sənədlər təqdim etmək, arayış və reyestrdən çıxarış almaq, bütün məhkəmələrdə onu təmsil etmək, iddia ərizəsini imzalamaq və s. hüquqlara dair mənə 30 yanvar 2011-ci il tarixli etibarnamə verib.
Mən, həmin etibarnaməyə əsasən, Q.K.Əzizovaya məxsus dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küç., ev-23, mən.-13-də yerləşən mənzilin yüklü olub olmaması barədə “Forma-1” arayışı almaq üçün 08 fevral 2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişəm.
Lazım olan “Forma-1” arayışını 22 fevral 2011-ci ildə götürə biləcəyim barədə mənə qəbz verilmiş, 24 fevral 2011-ci ildə mən arayışı götürmək üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 26.6-cı maddəsində nəzərdə tutulan 10 manat dövlət rüsumunu cavabdehin kassasına ödəmək istəyərkən, rüsumu qəbul edən şəxs, “Forma-1” arayışına görə 10 manat dövlət rüsumu ilə yanaşı 34 manat xidmət haqqı da ödəməli olduğumu bildirdi.
Mən, onun bu tələbinin qanunsuz olduğunu, tələb etdiyi “xidmət haqqı”nın qanunda nəzərdə tutulmadığını bildirsəm də, o, tələb edilən 34 manat “xidmət haqqı”nı ödəməsəm, “Forma-1” arayışının mənə təqdim edilməsinin qeyri-mümkün olacağını bildirdi.
Mübahisəni araşdırmaq üçün, cavabdehin mühasibi Məhəmməd adlı şəxslə görüşdüm. O da, telefon vasitəsilə kimlərləsə əlaqə saxladıqdan sonra, tələb edilən məbləği ödəmədən, mənə “Forma-1” arayışının verilməsinin qeyri-mümkün olacağını qəti olaraq bildirdi.
Mən, məcburiyyət qarşısında, onların bu tələblərinin qanunsuz hesab edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edəcəyim barədə xəbərdarlıq etməklə, tələb edilən 34 manat “xidmət haqqı”nı ödədim və yalnız bundan sonra, mənə “Forma-1” arayışı təqdim edildi”.
Ulus.Az-ın xəbərinə görə, “Forma-1” arayışına görə məndən və onminlərlə başqa vətəndaşdan tələb etdiyi “xidmət haqqı” tamamilə qanunsuzdur.
Belə ki; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 26.6-cı maddəsinə əsasən, “Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə 10 manat dövlət rüsumu tutulur”.
Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2009-cu il tarixli, 4 saylı Qərarının I-2-ci bəndinin 7-ci yarımbəndinin III hissəsinə əsasən, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla) xidmətinin tarifi 10,0 manatdır”.
Göründüyü kimi, cavabdehin “xidmət haqqı” adı altında məndən aldığı 34 manat qanunvericiliklə müəyyən edilməmiş və yuxarıda qeyd etdiyim Tarif Şurasının həmin qərarında nəzərdə tutulan 10,0 manat xidmət haqqı daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün nəzərdə tutulmuşdur və Tarif Şurasının həmin qərarında aydın ana dilimizdə qeyd edilib ki, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların - “Forma-1” verilməsi üçün xidmət haqqı nəzərdə tutulmayıb.
Ulus.Az hüquq müdafiəçisinə istinadla daha bir faktı təqdim edir: şikayət olunan qanunsuz hərəkət DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində ilk deyil. Bundan öncə, Nərimanov Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Kamal oğlunun icraatında olmuş “Məmmədov Qurban Cəlal oğlunun DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə qarşı” iddiası üzrə mülki işdə də DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin eyni mahiyyətli qanunsuz hərəkətlərinə baxılmış, həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: V.H.Məmmədov, İş N 2(005)-2399/2010) 08 iyul 2010-cu il tarixli qətnaməsi ilə AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə Cavadov İbrahim Naib oğluna 1 nömrəli forma üzrə arayışın alınması üçün ödənilmiş 39 manat 26 qəpik məbləğində pulun AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsindən tutulması qət edilmişdir. Həmin qətnamə bu gün də qüvvədədir.
Bütün bunlar onu göstərir ki, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin rəhbərliyi sistemli və prinsipial olaraq qanunsuz fəaliyyət yolu tutmuşdur.
Ulus.Az xəbər verir ki, vəkil nümayəndəsi olduğu vətəndaş Cavadov İbrahim Naib oğlu ilə bağlı da fakt açıqlayıb.
“Mən, 13 aprel 2010-cu ildə DƏDRX-in Əzizbəyov (indiki Xəzər rayonu) Ərazi İdarəsinə “Forma-1” almaq üçün müraciət etmişdim. Həmin arayış mənə 30 gündən sonra verildi və məndən əlavə olaraq 39 manat 26 qəpik pul alındı. Bu barədə də, yuxarıda qeyd etdiyim kimi, qanuni qüvvəyə minmiş qətnamə mövcuddur.
Bundan başqa, DƏDRX-in Sumqayıt Şəhər Ərazi İdarəsindən də, həyat yoldaşım Məmmədova Mehparə Əhməd qızının adına qeydiyyatdan keçmiş bağ evinin “YapıKrediBank”a ipoteka qoyulması üçün “Forma-1” arayışı alanda da, 18 mart 2010-cu ildə məndən əlavə olaraq 70,16 manat əlavə “xidmət haqqı” alınıb.
Bütün bunlar onu göstərir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-in bütün ərazi idarələri, o cümlədən də, Bakı şəhəri Ərazi İdarəsi öz fəaliyyətində qanunları yox, hansısa çirkin maraqları rəhbər tutur”.