Göyçay ikinci şəhidini böyük coşqu ilə qəbul etdi
Sentyabrın 28 də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Ağdam istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində əks hücuma keçən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad olması uğrunda əməliyyat keçirib. Döyüşlər zamanı Göyçay rayon Məlikkənd sakini 1996 cı il təvəlüdlü Hüseynov Xəyyam Hüseyn oğlu şəhid olub. Şəhid böyük izdihamla doğulduğu Məllikənd kəndində torpağa tapşırılıb.
Göyçay informasiya agentliyinin verdiyi xəbərə görə, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı,hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi, və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən Azərbaycan ordusu əks hücuma keçib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Göyçay rayon icra hakimiyyəti başçısı şəhidin ailələsinə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Göyçay şəhidini izdihamla dəfn etdixeberler, hadiseİtki verən düşmən geri oturdulubxeberler, siyasetErmənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törə ...xeberler, siyasetErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozubxeberlerAzərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edildixeberler, hadise