Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev barəsində cinayət işi başlanılıb.
APA xəbər verir ki, R.Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham edilir.
Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə daxil olub.
Təqdimata hakim Elməddin Hüseynov baxacaq.
Qeyd edək ki, bu il sentyabrın 20-də Rahil Babayevin oğlu, Türkan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.
Hadisədən dərhal sonra Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayev tutduğu vəzifədən azad olunub və barəsində yoxlamalar başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.